İyulun 4-də Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iclasda iştirak edəcək.