İşdən çıxarılan məmura vəzifə verildi

İşdən çıxarılan məmura vəzifə verildi
  01 İyul 2014    Oxunub:1005
Kənd Təsərrüfatı Nazirliyinin keçmiş şöbə müdiri Sabir Vəliyevə yeni vəzifə verilib.
AzVision.az-ın movqe.az-a istinadən xəbər verir ki, nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev Tovuz Baltiya LTD-nin nəzdindəki Azərfrans şirkətinə baş direktor təyin edilib. Məlumatı Tovuz Baltiya LTD-dən də təsdiqləyiblər.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.


Teqlər:





Xəbər lenti