Deputatlar 2 aylıq yay tətilində

Bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Onun sözlərinə görə, parlament üzvləri artıq tətildədirlər.
“Artıq yaz sessiyasının bütün işləri bitib. Sadəcə beynəlxalq təşkilatlara üzv olan deputatlar hazırda işləyirlər. Bunun isə Milli Məclisin tətilinə aidiyyatı yoxdur”-deyə, A.Təvəkküloğlu əlavə edib.
Qeyd edək ki, Milli Məclisin iyunun 27-də sonuncu növbədənkənar sessiyası keçirilib. İclasda çıxış edən spiker Oqtay bildirib ki, sessiya bitsə də Milli Məclis işini iyulun 15-nə kimi davam etdirəcək.
“Bu il Azərbaycanda yüksək səviyyədə beynəlxalq tədbirlər keçirilir. ATƏT-in Parlament Assambleyasının yay sessiyası Bakıda keçiriləcək. İstəyirəm bu tədbirlərdə aktiv iştirak edəsiniz”.
Sevinc İltifatqızı