Ödənişli yoldakı qəzada altı nəfər yaralandı

Ödənişli yoldakı qəzada altı nəfər yaralandı
  23 Aprel 2024    Oxunub:476
22 aprel saat 21:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə 6 nəfər (4-ü qadın cinsli, 2-si kişi cinsli olmaqla) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən AzVision.az -a bildirilib. Onlara bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu təyin edilib.

Xəsarət alanlardan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfər öz istəyilə Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti