Ermənilərdən növbəti sərsəm iddia

Ermənistan müdafiə nazirliyinin rəsmisi ölən və yaralananlar haqda məlumatın olmadığını deyir.
Xəbərdən gördüyünüz kimi ermənilər növbəti dəfə Azərbaycana qarşı informasiya müharibəsinə başlayıblar. Dünən erməni mətbuatı xəbər yaymışdı ki, onlar Azərbaycanın Qazax rayonunu işğal edərək Tavuş rayonuna birləşdirmək istəyirlər. İndi isə Azərbaycan ordusunun diversiya qrupunun hücumundan yazırlar.
Maraqlı məqam isə budur ki, birincisi Azərbaycan ordusunun diversiya qrupu mühasirəyə aldığı ərazidən heç kəsi sağ buraxmaz. Belə bir əməliyyatı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov təkbaşına həyata keçirmişdi. Onda xeyli sayda erməni əsgəri həlak olmuşdu. İkincisi isə Azərbaycan ordusu atəşkəs rejiminə həmişə riayət edir və heç vaxt kənar ölkənin ərazisinə daxil olmaz.
Azərbaycan dünən də, bu gün də bəyan edib və sabah da bəyan edəcək ki, yalnız Dağlıq Qarabağın və onun ətrafında işğal edilmiş ərazilərin azad edilməsi əməliyyatına başlayacaq. Lüzumsuz yerə başqa bir ölkənin torpağına qoşun yeritməz. Düzdür, ermənilərin yaşadıqları indiki ərazilər də nə vaxtsa Azərbaycanın olub. Böyük siyasi oyunların nəticəsində o torpaqlar Ermənistana hədiyyə edilib.
Ölkə prezidenti İlham Əliyev və digər rəsmilər də dəfələrlə deyib ki, Qafqaz bölgəsində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Təbii ki, lazım gələrsə, Ermənistana hədiyyə edilmiş o torpaqların da azad edlməsi reallaşa bilər.
Teqlər: