Rayonlara yağış yağacaq

Rayonlara yağış yağacaq
  02 İyul 2014    Oxunub:916
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 02-də hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, bəzi yerlərdə 37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti