Ermənilər Goranboyda yanğın törətdi

Fövqəladə Hallar Nazirliyi yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Bildirilib ki, Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları, damına yığılmış 14 ton ot bağlaması yanmış və tövlənin içərisində olan 7 baş iri buynuzlu heyvan tələf olub. Tövləyə bitişik olan 2 ev yanğından mühafizə olunub.
Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az