Türkiyə MN: "Qarabağdakı missiyamız başa çatıb" - FOTOLAR

    Türkiyə MN:  "Qarabağdakı missiyamız başa çatıb" -    FOTOLAR
  26 Aprel 2024    Oxunub:933
Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini başa çatdırması ilə əlaqədar məlumat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" hesabından bildirilib.

"Ölkəmiz və Rusiya arasında imzalanan memoranduma əsasən, Qarabağda atəşkəsə nəzarət və qayda pozuntularının qarşısının alınması məqsədilə 30 avqust 2021-ci il tarixində Azərbaycanın Ağdam rayonunda yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi missiyasını yekunlaşdırıb və mərasimlə fəaliyyətini başa çatdırıb", - məlumatda vurğulanır.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Türkiyə   Rusiya   Azərbaycan   Qarabağ  





Xəbər lenti