Qocalar “10D Cinema”-da - FOTO

Qocalar “10D Cinema”-da - FOTO
  02 İyul 2014    Oxunub:1334
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının fəal gəncləri növbəti xeyriyyə aksiyasını keçiriblər.
Gənclər Qocalar Evinə gedərək, bir qrup ahılla birgə Gəncə şəhərinin ən füsunkar, müqəddəs məkanı olan Heydər Əliyev Park Kompleksinə gəliblər. Xüsusi ayrılmış avtobusla təyin olunmuş məkana çatarkən parkdakı möhtəşəmliyə, əzəmətə heyran qalan yaşlı nuranilər gənclərlə birgə bu parkın keçmiş və indiki mənzərəsini müqayisə ediblər. Onlar möcüzələr aləminə düşdüklərini dönə-dönə dilə gətiriblər.

Qurtuluşumuzun rəmzi olan, əfsanəvi “Zəfər Tağı” qarşısında ayaq saxlayan yaşlı nəslin nümayəndələri, unudulmaz xatirələri yada salaraq arxada qalan illəri yenidən vərəqləyiblər, bu günümüzün uğurlarını, qələbələrini alqışlayıblar. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanın, həmçinin qədim Gəncənin çox böyük inkişaf yolu keçdiyini söyləyiblər.

Parka daxil olan aksiya iştirakçıları təmiz havada gəzərək, Ulu Öndərin əziz xatirəsinə ucaldılmış böyük abidə-Heydər Əliyev Mərkəzi qarşısına gəliblər. Ümummilli liderin heykəli önünə gül-çiçək dəstələri qoyaraq, Mərkəzə daxil olublar. Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən mehribanlıqla və gülərüzlə qarşılanan qocalar burada Ulu Öndərin həyatı, ictimai-siyasi fəaliyyəti əks olunan şəkillərə, slaydlara baxıblar. Mərkəzdə gənclər üçün “TOEFL”, “İELTS” kursları, müasir kitabxana, xalçaçılıq tədris otağı ilə tanış olduqdan sonra, burada yerləşən əyləncəli “10D Cinema” da maraqlı film izləməkdən zövq alıblar.

Sonda gənclər və nurani yaşlılar birlikdə Park kompleksdə yerləşən “La Rocco” kafesində çay süfrəsinə dəvət olunublar.
Sonda yaşlılar bu unudulmaz və maraqlı günü onlara bəxş etdiklərinə görə tədbirin təşkilatçılarına dərin təşəkkürlərini bildiriblər.


Teqlər:  





Xəbər lenti