Vaqif Əsədov: `Bu mənim üçün böyük hədiyyədir`

Vaqif Əsədov: `Bu mənim üçün böyük hədiyyədir`
  02 İyul 2014    Oxunub:996
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında” sərəncam imzalaylb.
Həmin sərəncamla Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov da təlfif edilib. O, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bununla bağlı AzVision.az-la təəssüratlarını bölüşən Vaqif Əsədov hər kəsə diqqətinə və qayğışına görə təşəkkür edib:

`Hazırda bayram tədbirinə hazırlaşıram. Prezident başda olmaqla, hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Bu mənim üçün böyük hədiyyə idi`.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti