Leyla Əliyeva məşhurlarla bir yerdə - FOTOLAR

Leyla Əliyeva məşhurlarla bir yerdə - FOTOLAR
  02 İyul 2014    Oxunub:945
Məşhurlar Londonun “Serpentayn” qalereyasında.
Ötən gün Londondakı Kensinqton bağlarında "Serpentayn" qalereyasının ənənəvi yay qəbulu baş tutub. Tədbirdə incəsənət, kinematoqraf, musiqi, moda sahəsinin ən məşhur nümayəndələri və kral ailəsinin üzvləri iştirak ediblər. Qalereyanın sayca 14-cü gecəsi Brioni markasının dəstəyilə keçirilib. Qonaqlar üçün gecədə Farrell Uilyams çıxış edib.

Hər il xüsusilə təntənəli qəbul üçün nüfuzlu memarlar yay gecəsinin mərkəzi olan pavilyon hazırlayırlar. Bu yay Kenqsinqton bağlarının dizaynı üzərində çilili memar Smilyan Radiç çalışıb. Müəllifin fikrincə, məkan parkın landşaftına tamamilə uyğundur. (Buro 24/7.az)

Qalereya




Teqlər:  





Xəbər lenti