Rusiya Moldovaya qarşı ticarət müharibəsinə başladı

Rusiya Moldovaya qarşı ticarət müharibəsinə başladı
  02 İyul 2014    Oxunub:1010
5 iyuldan etibarən Moldovadan Rusiyaya ət idxalına qadağa qoyulub.
Moldovadan Rusiyaya donuz, inək, qoyun və at ətinin idxalına qadağa qoyulub. Yalnız konservləşdirilmiş ət məhsullarının ölkəyə daxil olmasına icazə verilir.

Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət idarəsinin iddialarına görə, Moldovadan ixrac olunan ət, Gömrük İttifaqının qida məhsullarının sertifikasiyası normalarına və sanitar-veterenar normalara cavab vermir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Lixaçev ölkəsi adından Moldovaya xəbərdarlıq göndərərək bildirmişdi ki, “Moldova Avropa İttifaqına inteqrasiya edəcəyi təqdirdə ağır fəsadlarla üz-üzə qala bilər”.

“ Moldova iki tənzimləyici sistemlə - MDB və Avropa İttifaqı birdən baş edə bilməz. Əgər Avropa İttifaqını seçərsə, MDB sistemi onun üçün rahat olmayacaq”-deyən Aleksey Lixaçev, Moldovanın Avropaya üstünlk verməsinin Rusiya ilə ticarət əlaqələrinə mənfi təsir göstərəcəyini gizlətməmişdi.

Qeyd edək iyunun 27-də Moldova Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti