43 nəfər “Əmək veteranı” oldu

43 nəfər “Əmək veteranı” oldu
  02 İyul 2014    Oxunub:2923
Son 6 ayda 43 nəfərə “Əmək veteranı” adı verilib
Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 43 nəfərə «Əmək veteranı» adı və vəsiqəsi verilib. Onlardan 8 nəfəri qadındır. Ümumilikdə son 5 ildə və cari ilin ilk yarısı da daxil olmaqla ƏƏSMN tərəfindən əmək veteranı adı və vəsiqəsi verilənlərin sayı 400 nəfərə yaxın olub.

AzVision.az-a nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, “Əmək veteranı” adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir.

“Əmək veteranı” adı və vəsiqəsinin verilməsi qaydası və bunun üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündə təqdim olunur.


Teqlər:





Xəbər lenti