YAP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi

YAP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi
  02 İyul 2014    Oxunub:936
İyulun 2-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, YAP-ın sədr müavini – icra katibi, Baş nazirin müavini Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib.

İclasda 2014-cü ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərinin keçirilməsinə hazırlıq barədə müzakirə aparılıb və müvafiq qərar qəbul edilib.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb,təklif və tövsiyyələr dinlənilib.

AzVision.az


Teqlər:





Xəbər lenti