İradə Tuncay polis oğlundan danışdı

  02 İyul 2014    Oxunub : 1737
İradə Tuncay polis oğlundan danışdı
Tanınmış yazar, Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay polis günü münasibətilə bütün polisləri və oğlu Tuncayı təbrik edib.
Baş redaktor oğlunun ağır peşəsindən danışaraq, polis peşəsi ilə bağlı bu sözləri deyib:

“Bütün polislərin peşə bayramı mübarək. Mənim oğlum polisdir və bu işin necə ağır olduğunu hər kəsdən yaxşı bilirəm. Evə hamıdan gec gəlirlər, hamıdan tez çıxırlar. Nə bayramları olur, nə istirahət günləri. Hələ üstəlik də hər zaman qınaqla üz-üzə gəlirlər. Təbii ki, neqativləri də var. Bütün sahələrdə olduğu kimi. Amma “asayış” sözü ki, var, həm qəlizdir, həm vacib”.

Teqlər: