Bakıda silah-sursat tapılıb

Bakıda silah-sursat tapılıb
  03 İyul 2014    Oxunub:988
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda tikinti işləri aparılan ərazidə döyüş sursatı aşkarlanıb.
Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 2 ədəd FQ 9 mərmisi, 45 ədəd tüstü şaşkası, 700 ədəd əleyhiqaz, 8000 ədəd fərdi dozametr, 1000 ədəd doza ölçən flakon (məhlul), 15 ədəd doza ölçən aparat aşkar edilib. Aşkarlanmış sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 16:28-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti