Bakıda təyyarə quşa görə uça bilmir

Bakıda təyyarə quşa görə uça bilmir
  03 İyul 2014    Oxunub:3875
Saat 14:40-da Bakı hava limanından İstanbula uçmalı olan təyyarə hələ də havaya qalxmayıb.
Təyyarədə olan sərnişinlərin Azadlıq radiosuna bildirdiyinə görə, uçuş ləngisə də, onlara təyyarəni tərk etməyə icazə verilməyib:

«Yalnız bir neçə uşaqlı sərnişinə imkan yaradıldı. 3 saatdır təyyarə salonunda oturub uçuşu gözləyirik. Bizə dedilər ki, təyyarə bu gün İstanbuldan Bakıya gələndə, eniş zamanı sol mühərrikə quş dəyib. Təyyarə tam müayinədən keçməlidir ki, uça bilsin».

AzAL-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhərrəm Səfərli faktı təsdiqləyib, amma deyib ki, təyyarə Türk Hava Yollarına məxsusdur.

Türk Hava Yollarının Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Qurumun Türkiyə ofisindən isə sorğumuzu cavablandırmadılar.


Teqlər:





Xəbər lenti