Azərbaycanda söyüş qadağan edilə bilərmi?

Rusiyada söyüşün qadağan edilməsindən sonra analoji qanun layihəsinin Azərbaycanda tətbiqi müzakirə mövzusuna çevrilib.
Maraqlıdır, ölkəmizdə də belə bir qadağa tətbiq edilə bilərmi?
Milli Məclisin deputatı Fazil Mustafa AzVision.az-a açıqlamasında qonşu Rusiyada qəbul edilən qadağanın Azərbaycanda mümkünlüyünə aydınlıq gətirib.
Deputat bildirib ki, ölkəmizdə bu məsələnin qanunvericiliklə tənzim olunması mümkünsüzdür. Parlamentari səbəbini belə izah edib:
“Əgər söyüşdə təhqir elementi yoxdursa, insanın öz-özünə söyüş söyməsinə qadağa qoymaq olmaz. Məncə mənasız bir qanundur. İnsanların mədəni davranışı üçün yaxşı təhsil və tərbiyə şəraiti yaratmalıyıq”.
Mirvari Nəcəf