Ekspertlər şəbəkəsi yaradıldı

Azərbaycan üzrə qeyd olunan sahədə ekspertlər şəbəkəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Dövlət Statistika Komitəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları və Proqramın Azərbaycan üzrə milli eksperti daxildir. Ekspertlər Şəbəkəsinin Azərbaycan üzrə əlaqələndirici şəxsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Heydər Cəfərli seçilib.
Eyni zamanda seminarda peşə bacarıqlarının uyğunlaşdırılması və proqnozlaşdırılması sahəsində istifadə olunan metodlar və hesablama qaydaları barədə geniş müzakirələr aparılıb və bu sahədə ATF-nun hesabatı dinlənilib.
Ölkələrin iqtisadi və demoqrafik göstəricilərinin peşə bacarıqlarına təsiri barədə nümayəndə heyətləri arasında fikir mübadilələri aparılıb.
Teqlər: