Mirqədirov atasının yasına buraxılmadı

Mirqədirov atasının yasına buraxılmadı
  03 İyul 2014    Oxunub:959
Bu gün “Ayna Zerkalo” qəzetinin həbsdə olan müxbiri Rauf Mirqədirovun atasının 40 mərasimidir.
Bir neçə gün öncə isə R.Mirqədirovun vəkilləri onun atasının yas mərasimində iştirakı üçün dövlət orqanlarına müraciət ediblər. Lakin, Rauf Mirqədirov yas mərasiminə buraxılmayıb.

AzVision.az-ın məlumatına görə, onun vəkili Fuad Ağayev Facebook səhifəsində bu barədə yazıb:

“Bir neçə gün bundan əvvəl müstəntiq İbrahim Ləmbəranski ilə Rauf Mirqədirovun atasının 40 mərasiminə buraxılması barədə telefonla bir neçə dəfə danışdıq. Raufun bu günkü mərasimə gətirilməsi ilə bağlı hələ ötən həftənin əvvəli Baş Prokuror, Baş Prokurorun birinci müavini, Milli Təhlükəsizlik Naziri, müstəntiqə hələ ötən həftə ərizələrimiz göndərilmiş və çatdırılıb. İndicə müstəntiqə zəng vurub, Raufun hələ gətirilməməsini bildirdikdə, İ.Ləmbəranski söylədi ki, ona nə bizim məktublar verilib, nə də ki, göstəriş... Bu nə deməkdir?”.

AzVision.az


Teqlər:  



Xəbər lenti