TQDK-dan növbəti xəbərdarlıq

TQDK-dan növbəti xəbərdarlıq
  03 İyul 2014    Oxunub:820
Onlar ali məktəblərə qəbul ola bilməyəcəklər.
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizə təqdim etmiş bəzi abituriyentlər eyni zamanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim ediblər.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 29-da ümumi orta təhsil bazasında kolleclərə keçirilən qəbul imtahanında müsabiqə şərtini ödəyən və ixtisas seçiminə buraxılan həmin abituriyentlər bu təhsil pilləsinə qəbul olduqları təqdirdə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək hüqüqlarını itirəcəklər.


Teqlər:  





Xəbər lenti