Mikayıl Cabbarov əmr verdi

Mikayıl Cabbarov əmr verdi
  03 İyul 2014    Oxunub:797
Ali məktəblərdə Tələbə Elmi cəmiyyətləri (TEC) yaradılacaq.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş "Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnamə"də öz əksoni tapıb.

Bildirilib ki, Tələbə Elmi Cəmiyyəti (TEC) elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsili sahəsində isə ali tibb təhsili müəssisələrində və rezidenturada təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır.

TEC ali təhsil müəssisəsinin rəhbərliyinə tabedir və müəssisənin Elmi Şurası qarşısında hesabat verir.

TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəlmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.

TEC-in strukturu, üzvlük qaydaları və ayrı-ayrı struktur vahidlərin informalaşdırılması prinsipi, fəaliyyətinin konkret şərtləri “Ali təhsil müəssisəsindətəhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”yə, habelə ali təhsil müəssisəsinin Nizamnaməsinə uyğun olaraq müəyyən edilir.
Ali təhsil müəssisəsinin TEC-nin ali orqanı TEC-in konfransıdır. TEC-inyaradılması və yenidən təşkili TEC konfransının qərarı əsasında həyata keçirilir. Konfranslararası müddətdə TEC-in fəaliyyətinə rəhbərlik konfransda seçilən TEC-inŞurası tərəfindən həyata keçirilir.

TEC-in konfransı ildə bir dəfə TEC-in iş planına uyğun olaraq çağırılır.TEC-in konfransı TEC-in üzvlərinin yarıdan çoxunun konfransın işində iştirak etdiyihalda səlahiyyətli hesab edilir. TEC-in Şurasının və ya TEC-in üzvlərinin 50 faizinin qərarı əsasında konfrans növbədənkənar çağırıla bilər.

TEC-in konfransının qərarları gizli və ya açıq səsvermə yolu ilə iştirakçıların səs çoxluğu ilə qəbul edilir.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti