İsrail səfiri AzərTac-da olub
Qonağa beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda keçiriləcəyi və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyi barədə məlumat verilib.
Azərbaycanda söz və mətbuat azadlığının təmini sahəsində görülən işlərdən danışan AzərTAc-ın baş direktoru son illərdə ölkəmizin regionlarında da informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyini, əhalinin 70 faizindən çoxunun internet istifadəçisi olduğunu diqqətə çatdırıb.
Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu bildirən səfir Rafael Harpaz ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb, dövlətlərimiz arasında münasibətlərin sağlam məcrada davam etməsində milli xəbər agentliklərinin mühüm rol oynadığını söyləyib.
Zəngin tolerantlıq ənənələrinə sadiq qalan Azərbaycanda bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində yaşadığını xüsusi vurğulayan səfir bu modelin dünya ölkələri üçün uğurlu örnək olduğunu deyib.
Teqlər: