Lalə Şövkət narahatdır

Lalə Şövkət narahatdır
  03 İyul 2014    Oxunub:1360
“Azərbaycan Liberal Partiyasının (ALP) xanım lideri Lalə Şövkət hazırda kənddə dincəlir”.
Bu barədə AzVision.az-a açıqlamasında sözügedən partiyanın sədri Əvəz Temirxan bildirib.

Onun sözlərinə görə, Lalə Şövkət mətbuata çıxmasa da siyasi prosesləri mütəmadi olaraq izləyir, Azərbaycana qarşı xarici təhqiqlərdən narahatlıq keçirir.

“Lalə Şövkət Azərbaycanda gündəlik olaraq bütün sosial qrupların problemləri haqqında informasiya alır və eləcə də Azərbaycan ətrafında baş verən prosesləri də diqqətlə izləyir. O hazırda kənddə dincəlir. Gün ərzində bir neçə dəfə telefonla əlaqə saxlayırıq, lazım olanda görüşürük. O, Azərbaycanın dövlətçiliyi üçün yaranmış beynəlxalq geopolitik təkiddən çox narahatdır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti