Təhsil Nazirliyi məhkəməyə verildi

Təhsil Nazirliyi məhkəməyə verildi
  03 İyul 2014    Oxunub:914
Azərbaycanda bir neçə nazirlik məhkəməyə verilib.
Bu barədə Lent.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.

Belə ki “Qastrum” MMC kameral vergi yoxlamasının 6.937,20 manat borcun yaranması hissəsində ləğv edilməsi və həmin borca görə faizlərin ləğv edilməsi iddiası ilə Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentini məhkəməyə verib.

Neman Rzayev adlı vətəndaş isə Bakı Şəhər İcra Hakimiyyətindən şikayətçidir. Vətəndaşın iddiası mənzil hüquqlarının bərpa edilməsi ilə bağlıdır.

Bakı Apellyasiya Məhkəməsinə şikayət edilən qurumlar arasında Təhsil Nazirliyi də var. Belə ki Ağaseyid Ataşikiyev adlı vətəndaş “hərəkətlərin qanunsuz hesab edilməsi və s iddia ilə adıçəkilən nazirliyi məhkəməyə verilib.


Teqlər:





Xəbər lenti