Aeroportda narkotiklə tutuldular

Aeroportda narkotiklə tutuldular
  04 İyul 2014    Oxunub:1064
Gömrükçülər ölkəyə gizli yolla narkotik vasitələri gətirən şəxsləri aşkarlayıblar.
Dövlət Gpmrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaşaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıb.

Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Talıbov Şahin Məhəmmədəli oğlu Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılmış və onun üzərindən 160,490 qram narkotik vasitə-heroin aşkar edilib.

İbtidai istintaqla müəyyən edilib ki, Talıbov Şahin Məhəmmədəli oğlu İran İslam Respublikasının Təbriz şəhərində istintaqla müəyyən edilməmiş mənbədən külli miqdarda, 160,490 qram heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş , 86,200 qramlıq və 74,290 qramlıq 2 ədəd şəffaf sellofan kəsiyi bükümündə qablaşdırıb saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayaqlarına geyindiyi corabların içərisində, ayaqlarının altında yerləşdirərək Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə daşımış və Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılarkən qeyd edilən narkotik vasitəsi ondan aşkar edilərək götürülüb.

Talıbov Şahin Məhəmmədəli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulmuş və təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 206.2 və 234.43-cü maddələri ilə ona ittiham elan edilib.

Digər Azərbaycan Respublikası vətəndaşı Əliyev Camal Eldar oğlu SU 1855 saylı Bakı-Moskva aviareysi ilə getmək istəyərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda əl yükünü X-Ray rentgen aparatına qoyub, gömrük nəzarəti zamanı monitorda dərman preparatlarının təsvirləri görüb. Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq C.E.Əliyevin əl yükünə gömrük baxışı və üzərində şəxsi yoxlama aparılıb, ona məxsus çantaya keçirilmiş gömrük baxışı zamanı, çantada olan 1 ədəd sellofan paketin içərisindən cəmi 12 konvalyutdan 60 ədəd üzərində “Methadone 5mg” sözləri yazılmış ampulalar aşkar olunmuşdur. Aşkar olunan preparatlar qablaşdıralaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Qeyd olunan əşyalar bioloji və fiziki-kimyəvi ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspert arayışına əsasən, tədqiqata təqdim olunmuş ampulalar şəffaf rəngsiz maye-metadon adlı dərman preparatıdır. Xatırladaq ki, metadon adlı dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in 2-ci siyahısına daxildir.

Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti