Bakıda küçə ticarəti niyə yığışdırılmır?

Bakıda küçə ticarəti niyə yığışdırılmır?
  04 İyul 2014    Oxunub:1854
Nərimanov rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qadın polislərin təzyiqi ilə üzləşib. Hadisə küçə ticarəti mövzusunu yenidən aktuallaşdırır.
AzVision.az ANS TV-ə istinadən xəbər verir ki, 1 yanvar 2014-cü ildən Bakıda küçə ticarətinin qadağan olunmasına baxmayaraq, buna məhəl qoyulmur. Paytaxtın, hətta mərkəzi yerlərində belə səyyar ticarətə rast gəlmək mümkündür. Belə düşünmək olar ki, qadağa deyəsən qəzet satanların başında çatlayıb. Çünki küçə və yollarda qida məsullarından tutmuş, geyimə qədər nəyə desən rast gəlmək olar, bircə qəzetdən başqa. Qəzetlərimiz isə Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydaları monşet edərək konkret göstərmişdilər ki, küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatların binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazilərdə səyyar alış-veriş həyata keçirilməsi qadağandır.

Küçə ticarətinin yığışdırılmasına məsul olan qurumlar, xüsusən də polislər göz yumur. Onların göz yummasıdır ki, bu sahəni nəzarətdə saxlayanlar belə qənaətə gəlirlər. Küçə ticarətinə göz yumanlar, elə onlara havadarlıq edirlər. Düzdür, kimin onlara şərait yaratdığını dilə gətirməyə cürət etmədilər.

Ekspertlər də təsdiq edir ki, küçə ticarətində maraqlı olan tərəflər var. Həm də ona görə ki, küçə ticarətinin dövriyyəsi heç də kiçik məbləğ deyil.

Ekspert Vüqar Bayramovun sözlərinə görə, küçə ticarətində qeyri-rəsmi ödənişlər var: “Cavabdeh şəxslərə vəsaitlər pul ödəyirlər,onunla da həmin ticarəti davam etdirmək imkanı əldə edirlər”.

Bəzi hallarda isə küçə ticarətinin yığışdırılması sivil qaydada həyata keçirilmir. Qaydalara görə ilk növbədə xəbərdarlıq edilməli, məhəl qoyulmadıqda həmin şəxsin malı müsadirə oluna bilər. İstənilən halda zor tətbiqi yolverilməzdir.


Teqlər:  





Xəbər lenti