Bakıda küçə ticarəti niyə yığışdırılmır?
Küçə ticarətinin yığışdırılmasına məsul olan qurumlar, xüsusən də polislər göz yumur. Onların göz yummasıdır ki, bu sahəni nəzarətdə saxlayanlar belə qənaətə gəlirlər. Küçə ticarətinə göz yumanlar, elə onlara havadarlıq edirlər. Düzdür, kimin onlara şərait yaratdığını dilə gətirməyə cürət etmədilər.
Ekspertlər də təsdiq edir ki, küçə ticarətində maraqlı olan tərəflər var. Həm də ona görə ki, küçə ticarətinin dövriyyəsi heç də kiçik məbləğ deyil.
Ekspert Vüqar Bayramovun sözlərinə görə, küçə ticarətində qeyri-rəsmi ödənişlər var: “Cavabdeh şəxslərə vəsaitlər pul ödəyirlər,onunla da həmin ticarəti davam etdirmək imkanı əldə edirlər”.
Bəzi hallarda isə küçə ticarətinin yığışdırılması sivil qaydada həyata keçirilmir. Qaydalara görə ilk növbədə xəbərdarlıq edilməli, məhəl qoyulmadıqda həmin şəxsin malı müsadirə oluna bilər. İstənilən halda zor tətbiqi yolverilməzdir.







Vaxtında, Aydın, Lazımlı!


