“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı    200 mini ötüb
  21 May 2024    Oxunub:1082
“Vikipediya” virtual ensiklopediyası 2001-ci ilin yanvarın 15-dən oxuculara təqdim edilsə də, onun Azərbaycan dili bölməsində ilk məqalə 2004-cü ildə yaradılıb.
Həmin vaxtdan Azərbaycan dili bölməsi fəaliyyətə başlayıb. Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib. O qeyd edib ki, Azərbaycan “Vikipediya” icmasının gərgin əməyi sayəsində hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini keçib: “Son illər ölkəmizdə “Vikipediya”nın inkişafı ilə bağlı istər təbliğat, istərsə də tədbirlər, təlimlər vasitəsilə uğurlu işlər həyata keçirilir. Hazırda Azərbaycan dili bölməsində 14 inzibatçı var. Gündəlik fəaliyyət göstərən istifadəçilərin sayı 630-dən çoxdur. Ümumi redaktələrin sayı 7,6 milyona yaxınlaşıb”.
AzVision.az






Teqlər:





Xəbər lenti