Ermənilər 2 hərbçimizi yaraladı

Ermənilər 2 hərbçimizi yaraladı
  04 İyul 2014    Oxunub:912
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.

Nazirlikdən həmçinin bildirilib ki, iyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti