Azərbaycanda əsgər əsgəri güllələdi

Azərbaycanda əsgər əsgəri güllələdi
  04 İyul 2014    Oxunub:1118
Azərbaycan ordusunda silahlı insident olub.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri Elnur Bəxtiyar oğlu Muradovun tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşı, əsgər Vurğun Mayis oğlu Əliyevə dəyib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır


Teqlər:





Xəbər lenti