Cinayətkar `polislər` həbs edildi

Cinayətkar `polislər` həbs edildi
  04 İyul 2014    Oxunub:928
Azərbaycanda özlərini polis əməkdaşı kimi təqdim edən dəstənin üzvləri tutulub.
AzVisionaz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 3-də Cəlilabad şəhər sakini Xəyal Həsənov Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək iyulun 1-dən 2-dək olan müddətdə həmyerliləri Sübhan İsayevin, Cavid Qurbanovun, Bəhram Kərimovun, Şahin Mahmudovun, Xəqani Əhmədovun və Zamiq Rzayevin onu “Silsilə” adlandırılan əraziyə aparıb tapança ilə hədələyərək 3500 manatını almaları, sonradan evinə gedib anası Səliqəyə özlərini polis əməkdaşları kimi təqdim edib ondan da 5000 manat almalarını bildirib.

Eyni zamanda iyulun 3-də Yardımlı rayon sakini Balaxan Əliyev Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək iyunun 2-də saat 02 radələrində evinə gəlmiş şəxsiyyəti məlum olmayan 7 nəfərin özlərini polis əməkdaşları kimi təqdim edib onun oğlu Rabilin Cəlilabad şəhər sakini Xəyal Həsənova narkotik vasitə satmasını bildirərək tutulmaması müqabilində ondan 20000 manat tələb etmələrini bildirib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəlilabad rayon sakinləri Sübhan İsayev, Cavid Qurbanov, Bəhram Kərimov və Şahin Mahmudov tutulub, Xəqani Əhmədov və Zamiq Rzayevin tutulmaları üçün tədbirlər davam etdirilir.

Faktla əlaqədar cinayət işi başlanılıb.

AzVision.az

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti