“Niaqara”dan dövlət komitəsinə CAVAB

“Bağırsaq çöpləri hər yerdə, insanın əlində, orqanizmində var. Bununla yanaşı Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti bizim restoranda yalnız məhsulların saxlanma şəraitini, birdəfəlik istifadə olunan qabları, soyuducuları və s. yoxlayıblar və hamısı qaydasındadır”.
İnzibatçı vurğulayıb ki, Sanitariya və epidemiologiya stansiyası tərəfindən hər 6 aydan bir restoranda yoxlama aparılır: “Sanitariya və Epidemologiya Stansiyası işçiləri, bütün restoranı yoxlayıb. Bundan başqa salatlardan nümunə götürüb laborotoriyada yoxlayıb. Yoxlamanın nəticələri bizdə var, istənilən vaxt mətbuata təqdim edə bilərik”.
R.Fərəcov qeyd edib ki, restorandakı məhsullar bazardan alınır: “Həmin məhsullar bazara standartlaşdırma idarəsinin nəzarəti altında yoxlanıb daxil olur. Əgər keyfiyyətsizdirsə və tərkibində bakteriya varsa, bazarda satışına niyə icazə verilib?”.
Qeyd edək ki, adıçəkilən dövlət komitəsi tərəfindən “Niaqara” restoranında yoxlama aparılıb. Araşdırmalar nəticəsində restoranda mənşəyi məlum olmayan, təhlükəsizliyi müvafiq qaydada konservləşdirilmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu, bağırsaq çöpü aşkarlanıb.
Fatimə Kərimli