Prokurorluq Leyla Yunusa xəbərdarlıq etdi

Prokurorluq Leyla Yunusa xəbərdarlıq etdi
  05 İyul 2014    Oxunub:1132
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus yenidən Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

AzVision.az-ın xəbərinə görə, “Media forum” saytına bu haqda məlumat verən hüquq müdafiəçisi deyib ki, müstəntiq İbrahim Ləmbəranski iyulun 4-də ona zəng edib: “Bildirdi ki, iyulun 7-si səhər saat 10-da istintaqa ifadə verməliyəm. Mən dedim ki, qanunsuz olaraq pasportlarımız, evimizin sənədləri götürülüb, sənədlərimiz bizə qaytarıldığı təqdirdə prokurorluğa gələcəyəm.
Təklif etdim ki, bu gün sənədlərim özümə qaytarılsın. Ləmbəranski mənə cavab verib sənədlərimi qaytarmaqdan imtina etdi, bazar ertəsi prokurorluğa gəlmək tələbi qoydu”.

Aprelin 28-i gecə Sülh və Demokratiya İnstitutunun direktoru
Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus Bakı aeroportundan Qətərin paytaxtı Doha şəhərinə yola düşərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib (Rəsmi məlumat). Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda itttiham olunur) cinayət işi ilə bağlı dindirilib.


Teqlər:  



Xəbər lenti