Deputatın qardaşı ölkəni niyə tərk etdi? - AÇIQLAMA
AzVision.az-ın məlumatına görə, Ə.Əliyev səhhətində yaranan problemlərlə əlaqədar ölkə xaricinə getdiyini təsdiqləyib. Bildirib ki, Azərbaycanı birdəfəlik tərk etməsi haqda deyilənlər yalnışdır.
“Dostlar, bu gün bəzi mətbuat orqanlarında Azərbaycanı birdəfəlik tərk etməyimlə bağlı düzgün olmayan məlumatlar yayılıb. Diqqətinizə çatdırıram ki, ölkəni müvəqqəti olaraq tərk etməyimin səbəbi səhhəttimdə yaranan problemlədir. Hazırda Almaniyadayam, bu ölkədə daha 1 il yaşamağım üçün qanunla nəzərdə tutulmuş qaydada yaşamaq hüququm və vizam var. Barəmdə yayılan məlumatların qeyri-ciddiliyini vurğulamaqla yanaşı bildirərəm ki, təqaüddə olan polis zabitiyəm, uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam və dövlət bütün vətəndaşları kimi məni də himayə etməli və hətta problemlərimi də həll etməlidir. İndi başqa hansı ölkəyə lazım ola bilərəm ki?
Burada nəzərdə tutduğum işləri yekunlaşdırdıqdan sonra fəaliyyətimlə bağlı Tbilisiyə gedəcək, oradan isə Bakıya qayıdacağam”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


