"X" Fon der Leyenin hesabını niyə bloklayıb?

 "X"  Fon der Leyenin hesabını niyə bloklayıb?
  05 İyun 2024    Oxunub:770
"X" sosial şəbəkəsi iyunun 4-ü axşam saatlarında Avropa Komissiyasının (AK)rəhbəri Ursula fon der Leyenin seçki qərargahının hesabını müvəqqəti olaraq bloklayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Hesabın bloklanmasına səbəb kimi spam hücumları göstərilib.

Nəşr yazıb ki, hesab bir saat sonra bərpa olunub.

"Politico"nun əməkdaşı məlum sosial şəbəkənin nümayəndələri ilə əlaqə saxlayıb. Qeyd edilib ki, fon der Leyenin komandası koordinasiyalı spam hücumuna məruz qalıblarmış və bu zaman 10 minə yaxın məktub göndərilib. AK rəhbərinin qərargahı bunu əlaqələndirilmiş kiberhücum hesab edib. Hətta bəzi elektron məktublar Olaf Şolz adlı hesablardan göndərilib.

Fon der Leyen 2019-cu ildən AK-nin rəhbəri vəzifəsini icra edir və bu vəzifəni tutan ilk qadın olub. Məmur bu ilin fevral ayında ikinci müddətə namizədliyini irəli sürmək qərarına gəldiyini açıqlayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: X   Hesab   Blok  





Xəbər lenti