Fransada "Neptun" əməliyyatının ildönümü ilə bağlı beynəlxalq mərasim keçirilir - CANLI (YENİLƏNİB)

   Fransada "Neptun" əməliyyatının ildönümü ilə bağlı beynəlxalq mərasim keçirilir -    CANLI (YENİLƏNİB)
  06 İyun 2024    Oxunub:1189
ABŞ Prezidenti Co Bayden "Neptun" əməliyyatının 80-ci ildönümü münasibətilə Fransada baş tutan mərasimə qoşulub.
AzVision.az xəbər verir ki, onun mərasimdə çıxışı gözlənilir.

Baydenin Fransaya səfəri çərçivəsində bu ölkənin prezidenti Emmanuel Makronla, habelə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda görüşləri də nəzərdə tutulur.


* * *

13:16
II Dünya müharibəsinə məxsus əhəmiyyətli "Neptun" əməliyyatının 80-ci ildönümü çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Britaniya kralı III Çarlz, habelə onun həyat yoldaşı Kamilla Normandiya vilayətində yerləşən Britaniya Hərbi Memorial Abidəsinə qarşısına gəliblər.
AzVision.az xəbər verir ki, Britaniyanın Baş naziri Rişi Sunak və həyat yoldaşı Akşata Murti onları qarşılayıblar.
Fransada "Neptun" əməliyyatının ildönümü keçiriləcək

Mərasimə həmçinin xanımı Brijit Makronla gələn qonaqlarla görüşüb. O, ildönümü münasibətilə müharibə veteranlarını Fransanın ali mükafatı - "Fəxri legion" ordeni ilə təltif edəcək.

Mərasimdə ABŞ Prezidenti Co Baydenin də iştirakı gözlənilir. Rişi Sunak isə öz seçki kampaniyası ilə əlaqədar mərasimin əsas hissəsinə qoşula bilməyəcək.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər:   Fransa   Britaniya   II-Dünya-müharibəsi  





Xəbər lenti