Bakıda yeni piyada keçidi tikilir

Bakıda yeni piyada keçidi tikilir
  06 İyul 2014    Oxunub:810
Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində inşa edilən yeraltı piyada keçidinin tikintisinin oktyabr ayında başa çatdırılması planlaşdırılır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AzərTAc-a bildirib ki, keçidin uzunluğu 90, eni 4,7, hündürlüyü isə 3 metrdir.

Hazırda istinad divarlarının betonlanması və örtüyün hidroizolyasiyası işləri aparılır.


Teqlər:





Xəbər lenti