DİN 31 nəfəri həbs etdi

DİN 31 nəfəri həbs etdi
  06 İyul 2014    Oxunub:949
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən ötən günün kriminal xronikasını təqdim edir:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib;

Avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər yaralanıb;

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib;

Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti