`Vəhhabinin saqqalının qırxılması təxribatdır` - Hacı Şahin

“Turan”a danışan Hacı Şahin Həsənli deyib ki, belə hərəkətlər kimə qarşı olmasından asılı olmayaraq pislənməlidir: “İnsan əqidəsinə görə təqib obyekti ola bilməz. Etirazın bu şəkildə ifadə edilməsi yolverilməzdir, Azərbaycan hüquq dövləti olduğu üçün mübarizə də ancaq və ancaq hüquqi müstəvidə olmalıdır”.
Hacı Şahin Sabirabaddakı olayın cəmiyyətə məzhəb qarşıdurması şəklində çatdırılması cəhdlərinə də etiraz bildirib: “Elə görüntülərdən də müəyyən etmək olur ki, bu, sadə insanların, özü də dini bilgiyə malik olmayan insanların yaratdığı qarşıdurmadır, bunu məzhəb qarşıdurması kimi təqdim etmək ancaq təxribatdır və bunun başqa adı yoxdur”.
Teqlər: