40 dərəcə isti olacaq - Bu gün

Havanın temperaturu gecə 20-24, gündüz 33-38 dərəcə isti olacaq. İyulun 7-də gündüz havanın temperaturu 34-38, bəzi yerlərdə 39 dərəcə isti olacaq.
İyulun 6-da Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
İyulun 6-da Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq. İyulun 7-də isə Aran rayonlarında bəzi yerlərdə temreraturun 40 dərəcəyə kimi yüksələcəyi gözlənilir.
AzVision.az