Övladları batan ata-ana intihara cəhd edib

Övladları batan ata-ana intihara cəhd edib
  06 İyul 2014    Oxunub:1065
Siyəzəndə kanalda batan qardaşlardan birinin cəsədinin axtarışı hələ də davam edir.
AzVision.az xəbər verir ki, bu barədə anspress-ə Siyəzən rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev məlumat verib. O, kanalda batan 12 yaşlı Rəvan Seyfulla oğlu Zəkiyevin cəsədinin ötən gün tapıldığını, onun qardaşı 13 yaşlı Elnur Seyfulla oğlu Zəkiyevin cəsədinin tapılması istiqamətində hazırda axtarış əməliyyatlarının davam etdiyini bildirdi.

"Siyəzən Rayon Fövqəladə Hallar İdarəsinin və yerli Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə cəsədin axtarışına başlanılıb. Ötən gün kanala suyun verilməsi dayandırılmışdı. Bu gün isə kanala su verilib. Bəlkə, indi harasa ilişib-qalan cəsədi su yuyub üzə çıxarar”.

Cəsədi tapılmayan Elnur Zəkiyevin valideynləri ötən gün özlərini həmin kanala atmaq istəyiblər. Amma onların bu niyyətlərinin qarşısı tez bir zamanda alınıb.

Qeyd edək ki, 4 iyulda axşam saat 19:30 radələrində iki azyaşlı qardaş Elnur Seyfulla oğlu Zəkiyev və Rəvan Seyfulla oğlu Zəkiyev Siyəzəndə Taxtakörpu adlanan ərazidən Ceyranbatana gedən kanalda batmışdı.


Teqlər:





Xəbər lenti