Əlibəylidə 14 ailəni divarlar qoruyacaq

V.Rzayev deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə rayonundakı bölməsi tərəfindən sərhədə yaxın ərazidə yerləşən 14 kənd sakininin evinin ətrafına istinad divarı çəkilib. İstinad divarların çəkilməsi prosesi hazırda davam edir.
Həmçinin BQXK tərəfindən Əlibəyli kəndində yaşayan ailələrə 1000 min manata yaxın maliyyə yardımı edilib.
Valeh Rzayev qeyd edib ki, ermənilərin atəşkəsi pozması nəticəsində Əlibəyli kənd sakinlərinin evlərinə dəyən ziyan da artıq müəyyənləşdirilib. Onun sözlərinə görə, evlərinin damı dağılan kənd sakinlərinə Azərbaycan Respublikasında Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyi tərəfindən dam ötükləri paylanılıb.
Həmçinin Agentlik tərəfindən Əlibəyli kəndində yaşayan bir kasıb ailənin evinin yenidən tikintisinə başlanılıb.
V. Rzayev bildirib ki, Əlibəyli kəndinin içməli su, işıq və qaz təminatı ilə bağlı heç bir problemi yoxdur.
Hazırda kənd sakinləri gündəlik məişət işləri ilə məşğul olurlar.
Teqlər: