Firudin Cəlilovu dövlət himayəsinə götürdü

Firudin Cəlilovu dövlət himayəsinə götürdü
  06 İyul 2014    Oxunub:906
Keçmiş təhsil naziri Firudin Cəlilov hazırda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və müalicəsini dövlət öz üzərinə götürüb.

AzVision.az xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində Ümid Partiyasının sədr müavini Ramin Hacılı yazıb.

O, qeyd edib ki, gələn həftə isə Firudin Cəlilov Türkiyənin Bayandır Xəstəxanasında əməliyyat ediləcək.

Ramin Hacılı xatırladıb ki, bir neçə gün əvvəl dəyərli ziyalımız, keçmiş təhsil naziri Firudin Cəlilovun səhətində olan problemlərlə bağlı dövlətə və ictimaiyyətə müraciət etmişdim. Və buna görə o prezident İlham Əliyevə təşəkkür edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti