Pirallahı qəsəbəsindən xəbər var
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, ilkin müzakirəsi keçirilən baş plan Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Rayon icra hakimiyyəti tərəfindən keçirilən müzakirələrdə qəsəbənin inkişaf perspektivləri nəzərə alınaraq bir sıra təkliflər irəli sürülüb. Bu təkliflərdə alternativ yolların çəkilməsi və küçələrin genişlənməsi, o cümlədən daxili magistral yolun çəkilməsi, yerüstü və yeraltı keçidlərin inşa edilməsi, yaşayış massivləri salınması, istirahət və əyləncə komplekslərinin tikintisi, su, kanalizasiya, elektrik, qaz xətlərinin baş planla uyğunlaşması və digər məsələlər öz əksini tapıb.







Vaxtında, Aydın, Lazımlı!


