`Meşədəki yanğın hələ söndürülməyib` - Nazirlik

`Meşədəki yanğın hələ söndürülməyib` - Nazirlik
  07 İyul 2014    Oxunub:981
Fövqəladə Hallar Nazirliyi Siyəzən rayaonundakı meşə yanğını ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumatda bildirilir ki, Siyəzən rayonu, Kiçik Həmyə kəndinə yaxın boş ərazilərdə otluq sahədə yanğın baş verib. İsti külək yanğının sürətlənməsinə səbəb olub və geniş ərazini əhatə edib. Yanğının meşə zolağina və kənddəki evlərə keçmə təhlükəsi yaranıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvələri və texnikaları, o cümlədən 1 ədəd yanğınsöndürmə helikopteri cəlb edilib. Hazirda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.


Teqlər:  



Xəbər lenti