Bu gün 5 nəfər ölümdən dönüb

Bu gün 5 nəfər ölümdən dönüb
  07 İyul 2014    Oxunub:908
Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri bu gün Xəzər dənizində, “Tağıyev", “Bilgəh” sularda xilasetmə məntəqəsinin hər birinin ərazisində 1 nəfər, “Nardaran-1” sularda xilasetmə məntəqəsinin ərazisində isə 2 nəfəri xilas edib.

Daha bir nəfər isə Mingəçevir su anbarında, “Mingəçevir” sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə, nəzarət olunmayan ərazidə batmaq təhlükəsi ilə üzləşib.

Bu şəxs də Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti