Gürcü spiker Bakıda - Foto

Gürcü spiker Bakıda - Foto
  07 İyul 2014    Oxunub:971
Gürcüstan parlamentinin spikeri David Usupaşvilinin Azərbaycana səfəri başlayıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov qarşılayıb.

David Usupaşvili bildirib ki, səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməyi planlaşdırır. Spikerin sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında müzakirə olunacaq xeyli məsələ var. Bura müxtəlif sahələri əhatə edən məsələlər daxildir.

"Avropa İttifiqı ilə assosiasiya sazişininin imzalanmasından sonra Gürcüstanda qanunvericilik müstəvisi dəyişir. Amma bu, heç bir halda bizim qonşularımızla, Azərbaycanla münasibətlərimizə təsir göstərə bilməz. Sadəcə olaraq, bu məsələləri müzakirə etmək istəyirik ki, hər iki ölkə bundan fayda götürə bilsin", - David Usupaşvili bildirib.


Teqlər:  





Xəbər lenti