Hərbçilərimiz Almaniyaya gedir

Hərbçilərimiz Almaniyaya gedir
  07 İyul 2014    Oxunub:1078
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 8-dən 10-dək Leer şəhərində (Almaniya) Tibb xidməti əməliyyatları üzrə işçi görüşü, Bakı şəhərində Silahlara nəzarət üzrə ekspert görüşü, iyulun 9-dən 12-dək Minsk şəhərində (Belarus) "MİLEX-14" sərgisi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

AzVision.az


Teqlər:



Xəbər lenti