Samarada ağır yol qəzası: iki azərbaycanlı öldü

Samarada ağır yol qəzası:  iki azərbaycanlı öldü
  07 İyul 2014    Oxunub:1561
Samarada baş verən yol qəzasında iki azərbaycanlı dünyasını dəyişib.
AzVision.az APA TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Avropa və Qaqarin küçələrinin kəsişməsində baş verib. Gecə saatlarında Qaqarin küçəsi ilə hərəkət edən “Lada Priora” markalı avtomobil Avropa küçəsi ilə yüksək hərəkətdə olan Chevrolet Cruze maşını ilə toqquşub. Toqquşma nəticəsində “Lada Priora” alışıb, maşında olan iki nəfər dünyasını dəyişib.

Bir yaralı isə xəstəxanaya çatdırılıb. Ölən şəxslərdən birinin 30 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilsə də, onun adı açıqlanmır. Yerli bloqqerlər ikinci şəxsin də azərbaycanlı olduğunu yazıblar. Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti